0
Friday 20 July 2012 - 11:14

ŞOK: Suriyadakı partlayışı MOSSAD təşkil edib

Story Code : 180575
ŞOK: Suriyadakı partlayışı MOSSAD təşkil edib
ŞOK: Suriyadakı partlayışı MOSSAD təşkil edib
"Habertürk" bildirir ki, Suriyanın rəsmi dövlət xəbər agentliyi olan SANA-ın yaydığı məlumata görə, partlayışı İsrailin MOSSAD kəşfiyyat və əks-kəşfiyyat xidməti hazırlayıb.

Maraqlıdır ki, Suriya müxalifətini birləşdirən "Azad Suriya Ordusu" da bu məlumatı təsdiqləyib.

Suriyalı müxalifətçilər ABŞ mediasına verdikləri açıqlamalarda bildiriblər ki, Dəməşqdə Suriya Milli Təhlükəsizlik Şurasının toplantısı ilə bağlı bütün təfərrüatları onlara MOSSAD ötürüb.

Daha sonra müxalifətçilər Suriya prezidenti Bəşər Əsədin mühafizəçilərindən birinin könüllü şəkildə "canlı bomba" olmaq istəyindən yararlanaraq onu partladıcı maddələrlə təchiz ediblər.

Daha sonra MOSSAD suriyalı müxalifətçilərə Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binanın İsrailin kosmosdakı casus peyki vasitəsilə çəkilmiş görüntülərini təqdim ediblər.

ABŞ-ın məşhur kəşfiyyat analitiklərindən biri də "bu partlayışdan MOSSAD iyi gəlir" deyib.

Partlayışı "canlı bomba" şokolad qutusunun içində yerləşdirilmiş qurğu vasitəsilə həyata keçirib.

Qurğu Milli Təhlükəsizlik Şurasının iclasının keçiriləcəyi otağa günlərlə əvvəl yerləşdirilmiş 10 kiloqram C4 partladıcı maddəsindən ibarət bombanı işə salıb.
Source : XezerXeber
Related Stories
Comment