0
Friday 20 July 2012 - 15:38

ABŞ və İsrail rəsmiləri Suriyaya hərbi hücumun təfərrüatlarını müzakirə ediblər

Story Code : 180617
ABŞ və İsrail rəsmiləri Suriyaya hərbi hücumun təfərrüatlarını müzakirə ediblər
ABŞ və İsrail rəsmiləri Suriyaya hərbi hücumun təfərrüatlarını müzakirə ediblər
Islam times.org/az/ - 18 iyulda New York Times-ın verdiyi məlumata görə ABŞ rəsmiləri İsraillə Suriya silah bazalarını İsrail ordusunun dağıtması haqqında müzakirələr aparıblar.

Məlumata görə Vaşinqton bu cür hücumu dəstəkləməyib.
New York Times həmçinin Ağ Ev rəsmilərinə istinad edərək bildirib ki, ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Donilon bir sıra rəsmilər ilə Suriya böhranını müzakirə etmək üçün İsraildə olmuşdur.

Hesabat Suriyanın paytaxtı Dəməşqdə yerləşən Milli Təhlükəsizlik Bürosunda baş verən partlayışda Suriya müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini Asef Şovkət və vitse prezidentin köməkçisi Həsən Turkmani öldürüldükdən sonra açıqlanmışdır.

Daxili işlər naziri Muhəmməd İbrahim əl Şaar və Milli Təhlükəszilik Bürosunun rəhbəri Hişam Bixtiyar hücum nəticəsində yaralanmışdır.
Source : İslamtimes
Comment