QR CodeQR Code

Terror hücumları Suriya hökumətini sarsıda bilməz

İslamtimes , 20 Jul 2012 15:55

İslamtimes - İran millət vəkili deyib ki, Suriya rəsmilərini hədəfə almış və Qərb tərəfindən hazırlanmış terror hadisələri Dəməşq hökumətini sarsıda bilməyəcək.


islamtimes.org/az/ - İran Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü İbrahim Ağa Muhəmmədi deyib: “Qlobal hegamoniya və Qərb Bəşər Əsədi devirmək üçün bütün güclərini səfərbər ediblər, ancaq onlar bilməlidirlər ki, bu cür qeyri insani hərəkətlər Suriya hökumətini yıxa bilməyəcək və yalnız Suriyalıların onlara nifrətini çoxaldacaq.”

İran millət vəkili Suriyadakı terror hücumunu Qərbin planı kimi dəyərləndirmiş və demişdir ki, terroristlər bununla Əsəd hökumətinin iflasa uğrayacağını düşünürdülər, ancaq bu təxribat Suriya ordusu və xalqının müqaviməti nəticəsində müvəffəqiyyətsizliyə uğradı.

Terrorist qrup olan Azad Suriya Ordusu hücumu öz üzərinə götürmüş və gələcəkdə bu cür terror hücumlarının davam edəcəyini bildirib.


Story Code: 180620

News Link :
https://www.islamtimes.org/az/news/180620/terror-hücumları-suriya-hökumətini-sarsıda-bilməz

Islam Times
  https://www.islamtimes.org