0
Friday 20 July 2012 - 17:15

Bolqarıstandakı terror hadisəsində İranı ittiham edənlər çaşqınlıqda

Story Code : 180625
Bolqarıstandakı terror hadisəsində İranı ittiham edənlər çaşqınlıqda
Bolqarıstandakı terror hadisəsində İranı ittiham edənlər çaşqınlıqda
Islam times.org/az/ - Bolqarıstanın Daxili İşlər Naziri Svetan Svetanov, Burqas şəhərinin aeroportunda press-konfrans zamanı İsrailli turistlərə qarşı terror aktı həyata keçirənin kimliyinin bəlli olduğunu bildirib.

Nazir bu əməlin intiharçı terrorçu tərəfindən həyata keçirildiyini söyləyib. Daha sonra Svetanov belə deyib: "Biz artıq terrorçunun kimliyini aydınlaşdırmışıq. Terrorçuda Amerikaya məxsus saxta sürücülük vəsiqəsi olub. Saxta sürücülük vəsiqəsinin üzərində Miçiqan əyaləti yazısı qeyd edilib.

Terrorçunun fiziki görünüşü avtobus dayanacağının yanında yerləşdirilən kameralara düşüb. O, dayanacağa hadisə törənməmişdən bir saat öncə gəlib. Zahirən normal insana bənzəyir. Adi turistlər kimi əynində şortik və belində çanta olub. Terrorçu bir saata yaxın İsrail turistlərinin yerləşdiyi avtobusun qarşısında gözləmə mövqeyində dayanıb."

Daxili İşlər Nazirinin bu sözlərindən qabaq isə , ölkənin Xarici İşlər Naziri bildirmişdir ki, guya partlayıcı qurğu avtobusun içərisində qabaqcadan yerləşdirilib. Amma Daxili İşlər Nazirinin sözü isə bunu təkzib edir. İndi hadisə necə olub dəqiq bilinmir.

İsrail rəsmiləri bu hadisədə dərhal İranı günahkar saydılar. Amma Bolqar rəsmiləri hadisəni Amerikanlının törətdiyini deyillər. Terror hadisəsi zamanı 7 nəfər həlak olsada daha sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən avtobus sürücüsü xəstəxanada dünyasını dəyişib. Beləliklə bu terrorda qurbanların sayı səkkiz nəfərə çatıb.
Source : İslamtimes
Comment