QR CodeQR Code

ABŞ vətəndaşları İrana hərbi müdaxiləyə qarşıdır

20 Jul 2012 18:31

IslamTimes - ABŞ Xarici Əlaqələr Şurası ölkə vətəndaşları arasında İranın nüvə proqramı ilə bağlı sorğu keçirib.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sorğu iştirakçılarına “İranın nüvə proqramı ətrafında yaranmış problemin hərbi, yoxsa dialoq yolu ilə həllinin tərəfdarısınız” sualı ünvanlanıb. Respondentlərin 78 faizi İrana hərbi müdaxiləyə qarşı olduğunu və problemin diplomatik yolla həllini istədiklərini bildiriblər. Nəticədə İranın nüvə proqramı ətrafında yaranmış problemin sülh yolu ilə həllini istəyənlərin sayı hərbi müdaxilə tərəfdarları ilə müqayisədə 3.7 dəfə çox olub.


Story Code: 180637

News Link :
https://www.islamtimes.org/az/news/180637/abş-vətəndaşları-irana-hərbi-müdaxiləyə-qarşıdır

Islam Times
  https://www.islamtimes.org