QR CodeQR Code

Suriyalı müxaliflər arasında yeni ixtilaf

21 Jul 2012 12:40

IslamTimes - Suriyalı müxaliflər Qatar və Səudiyyə Ərəbistanı pulları üzərində bir-birinə müharibə elan edib.


“IslamTimes” “Ən-Nəxil” xəbər agentliyinə istinadən bildirir ki, Dünya KİV-də Səudiyyə Ərəbistanı və Qatarın Suriya müxalifətinə yardım etdiyini sübut edən məktub dərc edilib. Nəşr olunmuş məktublarda hökumət müxalifi olan suriyalı hərbiçilər Qatar əmiri və Səudiyyə Ərəbistanının xarici işlər nazirindən maliyyə yardımlarını digər müxaliflərə deyil, məhz hərbçilərə verməsini tələb edir. Müxalif hərbiçilər Qatar və Səudiyyə Ərəbistanı rəsmilərinə bildirib ki, onlarla birbaşa əlaqə yaratsınlar və göndərilən pulları siyasi müxaliflərə yox, hərbçi müxaliflərə versinlər. Çünki siyasilər yox, hərbiçilər bu puldan inqilabın əsil hədəfinə çatmaq üçün istifadə edir.

 


Story Code: 180811

News Link :
https://www.islamtimes.org/az/news/180811/suriyalı-müxaliflər-arasında-yeni-ixtilaf

Islam Times
  https://www.islamtimes.org