QR CodeQR Code

“İranla müharibə ABŞ iqtisadiyyatını çökdürə bilər”

21 Jul 2012 13:31

IslamTimes - Zbiqnev Bzejinski: İran Hörmüz boğazını bağlasa ABŞ vətəndaşları hər qallon benzin üçün əlavə 5-10 dollar ödəməli olacaqlar”.


“İrana hərbi müdaxilə ABŞ iqtisadiyyatının çökməsinə səbəb ola bilər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Orta Şərqdə müharibə illərlə davam edəcək. Z. Bzejinski əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması və hər cür hərbi qarşıdurma dünya bazarlarında neftin qiymətlərini yüksəldəcək: “Belə bir vəziyyətdə ABŞ vətəndaşları hər qallon benzin üçün əlavə 5-10 dollar ödəməli olacaqlar”.


Story Code: 180819

News Link :
https://www.islamtimes.org/az/news/180819/iranla-müharibə-abş-iqtisadiyyatını-çökdürə-bilər

Islam Times
  https://www.islamtimes.org