0
Tuesday 17 March 2009 - 14:14
Həzrət Rasulallahın (s) movludu münasibəti ilə

SEYYID HƏSƏN NƏSRULLAHDAN ƏHƏMIYYƏTLI AÇIQLAMALAR

Livan Hizbullahının lideri Seyyid Nəsrullah: İsraili əsla tanımayacağıq
Story Code : 1809
SEYYID HƏSƏN NƏSRULLAHDAN ƏHƏMIYYƏTLI AÇIQLAMALAR
Rasulallahın (s) movludu münasibəti ilə Hizbullah tərəfindən təşkil olunan mərasimdə çıxış edən Seyyid Nəsrullah, "Şiələrin əllərindəki Quranın təhrif edildiyi iddiaları doğru deyil. Biz Şiə və Sünni Müsəlmanların evlərində olan eyni Qurandır. Gecə və gündüz, dəyişik mərasimlərdə oxuduğumuz Quran eyni Qurandır" deyib.

Düşmənlərimiz birləşməyimizi İstəmir
Çıxışın davamında Müsəlmanların arasındakı vəhdətin əhəmiyyətinə toxunan Həsən Nəsrullah, "Düşmənlərimiz, bir-birimizə yaxınlaşmağımızı istəmir. İslam ümmətinin düşmənləri, Müsəlmanların Müsəlmanlarla, Xristianların Müsəlmanlarla birləşməsini istəmir. Bu gün "düşmənlərimiz bizim üzərimizdə suverenlik qurmaq istəyir. Parçalanmağımızı istəyir' deyə bilmək üçün dəlilə ehtiyacımız varmı? Bunu isbat etmək üçün dəlilə ehtiyac yoxdur" deyib.

Səudiyyə ərəbistanının paytaxtı Riyadda ötən günlərdə təşkil edilən Ərəb zirvəsinə qarşı olmadıqlarını ifadə edən Seyyid Nəsrullah "Ərəblərin təmin edəcəyi hər cür birlik, hamımız üçün gücdür" deyib.
Fələstinliləri də birliyə dəvət edən Seyyid Həsən, "Ərəblərin sülh bağlaması bizi narahat etmir" şəklində danışıb.

Ərəb dünyası İran və Türkiyəyə əlini uzatmalıdır
İranın Fələstinə olan yardımlarının arxasında başqa məqsəd axtarmaq, İranın proyektlərini regionda yaymaq yönündəki ittihamlara qarşı çıxan Seyyid Nəsrullah, Ərəblərin haqqlarını müdafiə edən İran və Türkiyə kimi ölkələrin yardımlarının geri çevrilməməsi lazım olduğunu bildirərək "Ərəb dünyası, İran və Türkiyə kimi ümmətin iddiasını dəstəkləyənlərə əlini uzatmalıdır" vurğulayıb.

Çavezin dəstəyini qəbul edəcəyikmi?

Çıxışının davamında Venesuellanın Ərəb dünyasına verdiyi dəstəyə toxunan Seyyid Həsən Nəsrullah "Çaves, Buşa düşmən olduğu üçün Ərəb dünyasının haqqlarını dəstəkləyir" deyərək Çavezin dəstəyini qəbul etməyəcəyikmi? Fələstin xalqına dəstək olmaq, Ərəblərin haqqlarını müdafiə etmək istəyənlərin uzandıqları əlləri necə geri çevirə bilərik? Əslində bizim vəzifəmiz Ərəblərin haqqlarına dəstək olan şəxsləri tapmaqdır. İran və Türkiyənin bu gün bu mövqeyi bəllidir. İran və Türkiyə kimi dövlətlərin sayı gələcək zamanda daha da artacaq" deyib.

Ömər Bəşir qərarını qınayıram
Sudan Dövlət Başçısı Ömər Bəşir haqqında çıxarılan qərarı qınadıqlarını ifadə edən Seyyid Nəsrullah "Bu məhkəmə indiyə qədər ədalətli olmadığını bizlərə göstərib" dedi.

Seyyid Nəsrullah, çıxışının davamında, "Telekanallar İyul döyüşü zamanı 33 gün davam edən İsrailin qırğınlarını dünyaya yaydı. Məhkəmənin, bu qətliamları araşdırması lazım deyildimi? Yenə Qəzzaya təşkil edilən hücumlar əsnasında da şəhid olanların əksəriyyəti uşaqlardi. Bunlarıdamı araşdırmağa ehtiyac duyulmur? Qətliamı, soyqırımıda araşdırmağa ehtiyac duyulmur?" deyib.

Seyyid Həsən Nəsrullah bunlara əlavə olaraq Əfqanıstan və İraqda qətl edilən vətəndaşlar qarşısında da Beynəlxalq Cəza Məhkəməsinin səssiz qaldığını önə çəkib.

İsraili yer üzündən silə bilərik
"İsraili əsla tanımayacağıq" deyərək İsraili tanıyanların, aciz olduqlarını ifadə edən Seyyid Nəsrullah "Əgər bir olsaq, əgər çiyin çiyinə versək İsraili yalnız məğlub olmaqla kifayətlənməz, onu yer üzündən əbədi olaraq silə bilərik. İsrailin arxasında Amerika varsa bizim arxamızda da Allah var"
deyib.

Fələstin müqavimət Liderlərinin qərarlarını dəstəkləyirik
Bəzi mənbələrdə, Hizbullahın Qəzzanın daxili işlərə qarışdığı, Qəzzada təsirli ola bilmək üçün təşkilatlanmalar yaratdığı ittihamlarını yalanlayan Seyyid Nəsrullah, "Qəzzadakı qardaşlarımızla aramızda möhkəm sevgi bağları vardır. Biz, öz daxili işlərimizə qarışılmasını istəmədiyimiz kimi biz də Qəzzanın daxili işlərinə qarışmırıq. Lakin aramızda qardaşlıq əlaqəsi vardır. Qardaşlar, bir-birlərinə kömək edər, yardım edər, bir-birinin əlindən tutar. Fələstin müqavimət liderlərinin qərar verdiyi hər şeyi dəstəkləyir və yardımçısı oluruq. Bu xəttin keçilməsinə, müqavimət liderlərinin verdiyi qərarların aşılmasına qarşı çıxır, bunu xəyanət olaraq qiymətləndiririk" deyib.

Suriya müqavimət göstərdi
Amerika prezidenti Barak Obamanın Həmas və Hizbullah ilə dialoqa girmək üçün İsraili tanınması və müqavimətə son verilməsi şərtini qoyduğunu ifadə edən Seyyid Nəsrullah "Bütün bunlar, Amerikanın bölgədəki proyektlərinin müvəffəqiyyətsiz olduğunun dəlilidir. Digər tərəfdən Suriyanı təcrid etmə və embarqo tətbiq olunmasının da heç bir nəticə vermədiyi ortaya çıxmışdır. İndi dialoqa çağırırlar. Çünki Suriya müqavimət göstərdi" deyib.

Amerika ilə şərtsiz dialoqa girməyəcəyik
Amerikayla dialoqa qarşı çıxan Nəsrullah "Bizlərin Amerikayla şərtsiz olaraq dialoqa girməyəcəyik. Amerikanın şərtləri dəyişdiyi zaman dialoqa girərik. Həm də bizim şərtlərimizlə.." deyib.

İsraili Qiyamətə qədər tanımayacağıq
Hizbullahın lideri Seyyid Həsən Nəsrullah "Bu gün biz, 2009-cu ildəyik. Bu gün və sabah, hətta 1000 il sonra, Qiyamətə qədər... Bizlər və uşaqlarımız İsraili tanımayacaq. İsraili tanıyanlar yalnız qorxaqlardır" deyib.
Comment