QR CodeQR Code

Ekvador İrandan 400 milyon dollarlıq neft alır

İslamtimes , 21 Jul 2012 18:26

İslamtimes - Ekvador Avropa Birliyi və ABŞ-ın İrandan neft almasına qarşı sanksiya tətbiq etməsinə baxmayaraq İslam Respublikasından 400 milyon dollarlıq neft almaq haqda razılığa gəlib.


islamtimes.org/az/ - Ekvador Mərkəzi Bankının prezidenti Pedro Delqado danışıqların getdiyini və Quitonu öz ticarət tərəfdaşını seçməkdə azad olduğunu deyib.

O jurnalistlərə müsahibəsində deyib: “Ekvador suveren dövlətdir və dünyanın istədiyi ölkəsi ilə ticarət əlaqəsi qurmaqda azaddır.”

Yanvar ayında İran prezidenti Mahmud Əhmədinejad Ekvadora səfərə getmiş və bu səfər çərçivəsində həmçinin Venesuella, Nikaraqua və Kubanın lider və dövlət rəsmiləri ilə görüşmüşdür.

Mart ayında ABŞ administratiyası İrandan neft alan və satan ölkələrə yeni embarqolar tətbiq etmək haqda qərar qəbul ediblər.


Story Code: 180914

News Link :
https://www.islamtimes.org/az/news/180914/ekvador-irandan-400-milyon-dollarlıq-neft-alır

Islam Times
  https://www.islamtimes.org