QR CodeQR Code

ABŞ Suriya terroristlərini silahlandırmaqla BMT qətnaməsini pozur

İslamtimes , 21 Jul 2012 18:37

İslamtimes - ABŞ Senatının Xarici Siyasət üzrə sabiq şərhçisi deyib ki, Vaşinqton Suriyadakı silahlı qrupları silahlandırmaqla BMT qətnaməsini pozmuş olur.


islamtimes.org/az/ - James Jatras deyib: “Müstəqil dövlətdə qiyamçıları silahlandırmaq həmin dövlətə qarşı müharibənin başlanması deməkdir və ABŞ dəfələrlə Suriya müxalifətini “qeyri ölümcül” təchizatlarla təmin etdiyini etiraf edib”.

Analitik Suriyadakı terroristləri silahla təmin etməyi müharibə kimi dəyərləndirib.
Jatras deyib: “Bu artıq BMT qətnaməsini və beynəlxalq qanun standartlarını pozmaqdır.”

Analitik bildirib ki, Dəməşqdə baş verən və nəticədə bir neçə yüksək rütbəli məmurların ölməsinə səbəb olan partlayışdan sonra Vaşinqtonda böyük şadyanalıq keçirirlər.

Çərşənbə axşamı günü Suriya Milli Təhlükəsizlik Bürosunun qarşında baş verən partlayış nəticəsində Müdafiə Naziri Davud Raciha, onun müavini Asif Şavkat və vitse prezidentin köməkçisi Həsən Turkməni həlak olmuşdular.

Jatras deyib: “Baş verən bu hadisələr açıq aşkar göstərir ki, Amerika terroru müdafiə edən və ona şərait yaradan dövlətdir.”


Story Code: 180920

News Link :
https://www.islamtimes.org/az/news/180920/abş-suriya-terroristlərini-silahlandırmaqla-bmt-qətnaməsini-pozur

Islam Times
  https://www.islamtimes.org