0
Saturday 21 July 2012 - 22:51

Fransa sünni müftilərinin rəhbəri şiə oldu

Story Code : 180959
Fransa sünni müftilərinin rəhbəri şiə oldu
Fransa sünni müftilərinin rəhbəri şiə oldu
Islam times.org/az/ - Şeyx Sankok Muhəmməd Fransada məscid İmamı olmaqla yanaşı həm də Fətva Mərkəzinin rəhbəri və Sünni alimlərin başçısıdır. Şeyx Sankoh Muhəmmədi əslən Kamerundandır və 43 ildir ki, Fransada yaşayır və Fransız vətəndaşıdır. O tikdirdiyi məscidlərin sayına görə Fransada məşhur bir şəxsdir. Şeyx Sankoh bu yaxınlarda Kərbəlanı ziyarət edib. O və Şiə alimi olan Şeyx Vəlid əl Baaj arasında Tunisli tədqiqatçı Muhəmməd Saleh əl Hinsirin Ərəb dilindən Fransız dilinə tərcüməçiliyi vastəsilə dialoq olmuşdur.

Şeyx Sankoh müqəddəs Kərbəla şəhərini ziyarətindən çox təsirləndiyini bildirmişdir. Şiəlik haqda onun təəssüratını soruşduqda Kərbəla və İmam Hüseynin onun üçün möhtəşəm bir kəşf olduğunu bildirmişdir. O Şiə İslam ilə tanışlığını onun ağlını, hisslərini azad etdiyini və onu azad insana çevirdiyini deyib. O həmçinin deyib ki, artıq onun kəşf etdiyi həqiqətləri bütün dünyaya çatdırmaq onun vəzifəsidir.

O həqiqəti Həzrəti Peyğəmbərin Əhli Beytininin İraqda olan ziyarətgahını ziyarət etdikdən sonra aşkar etdiyini bildirib.

Ona haqq islamı dünyaya çatdırmaq üçün Şiə İslam haqda daha çox oxumağı və araşdırma aparmaq məsləhət görülüb. O isə cavabında deyib ki, təbliğat üçün ona Fransız dilində olan daha çox kitab və ədəbiyyat lazım olacaq.
Source : İslamtimes
Comment