0
Sunday 22 July 2012 - 04:34

Facebook-da rejimə qarşı çıxanlar izlənilir

Story Code : 181004
Facebook-da rejimə qarşı çıxanlar izlənilir
Facebook-da rejimə qarşı çıxanlar izlənilir
“Muay Thai” idman növü üzrə Avrasiya çempionu, şair Laçın Məmişovu naməlum şəxslər ölümcül döyüblər. 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Məmişovun burnu sınıb, sifətində, bədənində ciddi xəsarət izləri var. O, günorta saatlarında burnundan əməliyyat olunub.
Hadisə Binəqədi rayonu ərazisində, Laçın Məmişov ad günündən çıxarkən baş verib. O, avtomobili ilə ərazidən uzaqlaşamq istəyəndə arxadakı maşına dəyib. Həmin maşının sürücüsü ilə razılaşıb aralananda bir taksidən 4-5 nəfər düşərək, gözlənilmədən onu döyüb və qaçıblar.
Hadisə barədə “Azadlıq”a qısa açıqlama verən Laçın Məmişov bildirib ki, baş verənlər onu ictimai fəallığına görə cəzalandırmaq cəhdidir: “Son vaxtlar mən sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində sakini olduğum Şamaxı rayonunun problemlərini aktuallaşdırıram. Şamaxı Rayon Icra Hakimiyyəti başçısının korrpusiya əməllərini tənqid edirəm. Ehtimal edirəm ki, məni buna görə cəzalandırırlar. Mənim heç bir şəxsi düşmənim yoxdur. Üstümə hücum çəkənlərin kimliyini də bilmirəm”.
Laçın Məmişov deyir ki, olaydan əvvəl 4-5 gün güdüldüyünü hiss edirmiş: “Gah zəng gəlirdi ki, guya, mən kimlərisə telefonla narahat etmişəm. Gah duruduğum yerdə kimsə yaxınlaşıb deyirdi ki, sənin avtomobilin mənimkini əzib qaçıb... Məqsəd məni susdurmaqdır. Mənim danışdıqlarım isə uydurmalar deyil, el-obanın dərd-səridir”.
Xatırladaq ki, “Azadlıq”ın ötən həftə Şamaxıdan hazırladığı reportajda da Laçın Məmişov rayondakı özbaşınalığa etirazını bildirərək, icra başçısını sərt şəkildə tənqid etmişdi. (azadliq.az)
Comment