QR CodeQR Code

Olmayan komitənin olmayan sədri istefa verdi!!!

22 Jul 2012 09:12

IslamTimes - Mediada Azərbaycan İslam Partiyasının Lerik rayon komitə sədrinin istefa verməsi ilə bağlı məlumat yayılıb.


Məlumatda bildirilir ki, rayon təşkilatının rəhbərliyi və üzvləri son zamanlar partiyanın fəaliyyətini, siyasi kursunu və İrandan sifarişlər aldığını əsas gətirərək partiyanı buraxmaq qərarına gəliblər. Yayılan məlumatla bağlı FaktXeber.com-a açıqlama verən AİP-in sədr müavini Akif Heydərli, partiyanın ümumiyyətlə Lerik rayon komitəsinin olmadığını bildirdi: “Bir neçə il bundan öncə Lerik rayon komitəsi Nurəddin adlı bir şəxsin sədrliyi ilə fəaliyyət göstərirdi. Lakin sədr başqa yerə köçdükdən sonra komitənin fəaliyyəti tamamilə bağlanıb. Artıq 10 ilə yaxındır ki, Lerik rayon komitəsi ləğv edilib.”
Bu cür səviyyəsiz təxribatlarla islam partiyasının fəaliyyətinə süni maniyələr yaratmaq istədiklərini qeyd edən AİP funksioneri, bununla heç bir şeyə nail ola bilməyəcəklərini vurğuladı: “Şübhəsiz ki, partiya öz fəaliyyətini davam etdirir. Artıq son 1 il ərzində 6 rayon komitəsi yaradılıb. Hazırda da 8 rayonda da partiyanın konfransları keçirilir. Hər gün partiyanın fəaliyyəti və insanların partiyaya axını daha da güclənir.” /Faktxeber/


Story Code: 181022

News Link :
https://www.islamtimes.org/az/news/181022/olmayan-komitənin-olmayan-sədri-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org