0
Sunday 22 July 2012 - 11:07

Ölkəni silkələyən yanğına görə iki nazir “yana” bilər

Story Code : 181079
Ölkəni silkələyən yanğına görə iki nazir “yana” bilər
Ölkəni silkələyən yanğına görə iki nazir “yana” bilər
Heydər Əliyev Mərkəzində yanğın başlayan kimi hadisə yerinə birinci nəqliyyat nazirinin gəlməsi təsadüfi deyilmiş; nəhəng layihəyə məsul olanlardan biri də Etibar Pirverdiyevdir; tikintini həyata keçirən “DİA Holdinq FZCO” Dubayda qeydiyyatdan keçmiş offşor şirkətdir və iri oliqarxlardan birinə bağlıdır.

Bakıda bu yaxınlarda istifadəyə verilmiş və yüz milyonlarla manata başa gələn nəhəng tikilidə - Heydər Əliyev Mərkəzində baş vermiş yanğına görə iki nazir-oliqarx da “yana” bilər. Belə məlum olub ki, mərkəzin tikintisini həyata keçirən şirkət nəqliyyat naziri Ziya Məmmədova bağlıdır. Tikinti işlərinə görə məsul şəxslərdən biri də hakimiyyətin bu cür irimiqyaslı tikinti layihələrini kurasiya edən “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir. İyulun 20-də binada yanğın başlayan kimi hadisə yerinə birinci gələnin də məhz Ziya Məmmədov olması, ardınca E.Pirverdiyevin özünü ora yetirməsi də bununla bağlı imiş. Məlumatı “Yeni Müsavat”a hakimiyyətə yaxın qaynaq verib.
Comment