QR CodeQR Code

Misir-İsrail qaz kəməri 15-ci dəfə partladıldı

22 Jul 2012 13:03

IslamTimes - Şənbə günü Misir-İsrail qaz kəməri silahlılar tərəfindən partladılıb. Ötən ilin fevral ayından bu günədək uyğun qaz kəməri 15 dəfə hücuma məruz qalıb.


"IslamTimes" "Əl-Yəvm əs-sabe" xəbər agentliyinə istinadən bildirir ki, Misir Təhlükəsizlik Nazirliyinə bağlı mənbə şənbə günü axşam saatlarında bir qrup silahlının Sina yarımadasından keçən Misir-İsrail qaz kəmərinin partlatdığını xəbər verib.

Bu partlayış ötən ilin fevral ayından bu günədək uyğun qaz kəmərində həyata keçirilmiş 15-ci partlayışdır. Sina yarımadasından keçən bu qaz kəməri vasitəsi ilə Misir qazı işğal olunmuş ərazilər və İordaniyaya ötürülür.

Qaz kəmərinin partladılması nəticəsində alov şölələrinin 15 metrə qədər yüksəldiyi xəbər verilir. Uyğun hadisə nəticəsində bu dəqiqəyədək can təlafatının olmadığı ehtimal edilir.

Hələ ki, heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.


Story Code: 181107

News Link :
https://www.islamtimes.org/az/news/181107/misir-israil-qaz-kəməri-15-ci-dəfə-partladıldı

Islam Times
  https://www.islamtimes.org