0
Sunday 22 July 2012 - 14:52

Ehud Barak: Dəməşq Hizbullaha silah verəcəyi təqdirdə İsrail Suriyaya hücum edəcək

Story Code : 181142
Ehud Barak: Dəməşq Hizbullaha silah verəcəyi təqdirdə İsrail Suriyaya hücum edəcək
Ehud Barak: Dəməşq Hizbullaha silah verəcəyi təqdirdə İsrail Suriyaya hücum edəcək
Islam times.org/az/ - Cümə günü İsrail Müdafiə naziri Ehud barak deyib: “Mən ordunu kəşfiyyat işlərini intensivləşdirməyi və lazım olduğu təqdirdə hərbi əməliyyatları başlatmaq üçün hazırlıqlı olması haqda göstərişlər vermişəm.”

Barak deyib: “Biz hərbi ehtiyatların, əsasən də qırıcı əleyhinə raket sisteminin başqa ölkəyə ötürülməsini izləyirik. Həmçinin kimyəvi silahların Suriyadan Livana mümkün ötürülməsi baş verə bilər. ”

O sözlərinə davam edərək bildirib ki, Bəşər Əsədin çöküşü başlayan kimi biz digər agentliklərlə iş birliyinə qoşularaq kəşfiyyat işlərini gücləndirəcəyik.

Bu arada BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriya üzrə müşahidəçi missiyasının mandatlığını 30 gün artırmaq haqda qətnamə qəbul edib.

Cümə axşamı günü Rusiya və Çin Qərb tərəfindən dəstəklənən BMT Təhlükəsizlik Şurasının Suriya əleyhinə tətbiq etmək istədikləri sanksiyalara veto qoymuşdular.
Source : İslamtimes
Comment