QR CodeQR Code

Ehud Barak: Dəməşq Hizbullaha silah verəcəyi təqdirdə İsrail Suriyaya hücum edəcək

İslamtimes , 22 Jul 2012 14:52

İslamtimes - İsrail deyib ki, əgər Dəməşq raket və ya kimyəvi silahlarını Livan müqavimət hərakatı Hizbullaha ötürərsə bu zaman Suriyaya qarşı hərbi əməliyyata başlayacaq.


islamtimes.org/az/ - Cümə günü İsrail Müdafiə naziri Ehud barak deyib: “Mən ordunu kəşfiyyat işlərini intensivləşdirməyi və lazım olduğu təqdirdə hərbi əməliyyatları başlatmaq üçün hazırlıqlı olması haqda göstərişlər vermişəm.”

Barak deyib: “Biz hərbi ehtiyatların, əsasən də qırıcı əleyhinə raket sisteminin başqa ölkəyə ötürülməsini izləyirik. Həmçinin kimyəvi silahların Suriyadan Livana mümkün ötürülməsi baş verə bilər. ”

O sözlərinə davam edərək bildirib ki, Bəşər Əsədin çöküşü başlayan kimi biz digər agentliklərlə iş birliyinə qoşularaq kəşfiyyat işlərini gücləndirəcəyik.

Bu arada BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriya üzrə müşahidəçi missiyasının mandatlığını 30 gün artırmaq haqda qətnamə qəbul edib.

Cümə axşamı günü Rusiya və Çin Qərb tərəfindən dəstəklənən BMT Təhlükəsizlik Şurasının Suriya əleyhinə tətbiq etmək istədikləri sanksiyalara veto qoymuşdular.


Story Code: 181142

News Link :
https://www.islamtimes.org/az/news/181142/ehud-barak-dəməşq-hizbullaha-silah-verəcəyi-təqdirdə-israil-suriyaya-hücum-edəcək

Islam Times
  https://www.islamtimes.org