QR CodeQR Code

Britaniaynın xüsusi qüvvələri Suriya silahlılarına təlim keçirlər

İslamtimes , 22 Jul 2012 14:58

İslamtimes - Britaniya mediası etiraf edərək bildirib ki, Xüsusi Hava Xidmətinin sabiq əsgərləri Suriyada silahlı qrupların rəhbərlərinə xüsusi təlimlər keçirlər.


islamtimes.org/az/ - Medianın təsdiq etdiyinə görə Suriyadakı silahlı qüvvələrin rəhbərləri Britaniyanın xüsusi xidmət orqanları tərəfindən təlim almış və bununla da Suriya prezidenti Bəşər Əsəd hökumətini dörd saat içində devirmək istəyiblər.

Daha sonra qəzet bildirib ki, Britaniya rəsmiləri Suriyadakı münaqişənin Livana keçdiyi təqdirdə Livanda yaşayan İngiltərə vətəndaşlarını dərhal ölkədən çıxartmaq üçün 600 İngiltərə əsgərini hazır vəziyyətə gətirib.

Həmçinin Britaniya Xarici İşlər naziri Villiam Hague Suriyanın daxilindəki silahlı qruplara dəstək verəcəyinə söz verib və belə etməklə əslində ölkə daxilində höküm sürən münaqişəni daha da alovlandırmaq istəyir.

Cümə günü BBC-yə müsahibə verən Hague deyib ki, Britaniya BMT Təhlükəsizlik Şurasından kənarda fəaliyyət göstərərək Suriyadakı silahlı qüvvələrə dəstəyi intensivləşdirəcək.


Story Code: 181149

News Link :
https://www.islamtimes.org/az/news/181149/britaniaynın-xüsusi-qüvvələri-suriya-silahlılarına-təlim-keçirlər

Islam Times
  https://www.islamtimes.org