0
Monday 23 July 2012 - 04:56

Britaniyadan Əliyev rejiminə daha bir zərbə

Story Code : 181297
Britaniyadan Əliyev rejiminə daha bir zərbə
Britaniyadan Əliyev rejiminə daha bir zərbə
Azərbaycanın adı növbəti dəfə beynəlxalq qalmaqalda hallanır. London məhkəməsi ölkəmizə satmaq məqsədilə Şimali Koreyadan “yer-göy” tipli raket almaq cəhdində ittiham olunan Maykl Reyncer barəsində hökmünü açıqlayıb.

Cümə günü elan olunan qərarla Reyncer 3 il yarım azadlıqdan məhrum edilib.

Maykl Reynceri təcrübəli beynəlxalq silah alverçisi kimi təqdim edən prokurorluq Azərbaycana qarşı tətbiq edilən silah embarqosunu yarmaq cəhdinin “təhükəli” olduğunu bildirib. Qeyd edək ki, Britaniyada 1992-ci ildə qəbul olunmuş qanunla Azərbaycana silah satışı qadağan edilib.
Britaniya prokurorluğunun açıqlamasında deyilir ki, Reyncerin Azərbaycanla əlaqələri təkcə qanunsuz deyil, həm də çox təhlükəli olub. Prokurorluq bildirir ki, silah embarqosuna baxmayaraq, “ciblərini doldurmaq istəyənlər” məsuliyyətə cəlb oluna biləcəklərini unutmamalıdırlar. Reycner koreyalı silah təchizatçıları ilə apardığı elektron yazışmalarında silah sazişlərini müzakirə edərkən Azərbaycanın hökumət nümayəndələri tərəfindən qəbul olunduğunu bildirib.
Məhkəməyə təqdim olunmuş elektron məktubların birində silah alverçisi Bakıya səfəri zamanı ona şəxsi “Limuzin” ayrılmasıyla lovğalanıb. Reyncer həmin məktublarda yazıb ki, Azərbaycana səfəri zamanı daşına bilən zenit-raket komplekslərinin bu ölkəyə satışını müzakirə etməliymiş.
Kəmaləddin Heydərov işçilərini “Beretta” ilə silahlandırır?
Silah alverçisini ittiham edən prokurorluq bildirib ki, Maykl Reyncer Azərbaycana tətbiq olunan silah embarqosundan yayınmaqla, əldə daşınan “yer-göy” raketlərilə yanaşı, ABŞ-dan “Beretta” tipli tapançaları da gətirmək niyyətində olub.

Prokurorluğun məlumatında o da qeyd olunur ki, silah alverçisi öz əməllərinin izini itirmək üçün saxta “e-mail” ünvanlarından və Honq-Konqda məşuqəsinin adına qeydiyyatdan keçmiş şirkətdən istifadə edib. Britaniyadakı Cinayət Axtarış Xidmətinin silah alveri üzrə müstəntiqi Elspet Prinql deyib ki, Maykl Reyncer Azərbaycana silah satışı üçün lisenziyanın alınmasının qeyri-mümkünlüyü barədə kifayət qədər məlumatlı olub. Lakin qadağalara məhəl qoymayıb.
Nəzərinizə çatdıraq ki, “Stinger” tipli bu raketlərdən təyyarələrin vurulması üçün istifadə edilir. ABŞ və Rusiya da daxil olmaqla, bu tipli raketlər 29 ölkədə istehsal olunur. Ruslar bu sistemi “Iqla” adlandırırlar.
Məhkəmə zamanı məlum olub ki, Maykl Reyncer 2010-cu ilin fevralında Azərbaycan prezidentinin tabeçiliyində olan iki nəfərlə görüşdən sonra Fövqəladə Hallar Nazirliyindən “Beretta” markalı tapançalar üçün sifariş alıb. “Beretta” tapançaları film qəhrəmanlarının, o cümlədən məşhur Ceyms Bondun ən çox işlətdiyi silahlardandır.

Qeyd edək ki, Maykl Reyncer Azərbaycana satmaq üçün silahları ABŞ və Şimali Koreyadan almağı planlaşdırırmış.
O, Britaniyada rəsmən qeydiyyatdan keçmiş “Imperial Defense Systems Ltd.” şirkətinin rəhbəridir. Reyncer kifayət qədər yaxşı tanınan silah alverçisidir. Onun adı əvvəllər də müxtəlif qalmaqallarda hallanıb. Silah alverçisi 1987-ci ildə Maykl Rayan adlı bir nəfərə “AK-47″ avtomatının Çin variantı olan ”Type 56″ silahını satıb. Rayan isə həmin silahla “Hanqerford qətliamı”nı törədib. Yeri gəlmişkən, sözügedən qanlı olay 1987-ci ilin avqustunda Ingiltərənin Berkşir vilayətinin Hunqerford qəsəbəsində baş verib. Maykl Rayan öz anası da daxil olmaqla, 16 nəfəri güllələyib, sonda özünü də öldürüb. /Teref.info/
Comment