QR CodeQR Code

5 NATO əsgəri öldürüldü

24 Jul 2012 00:55

IslamTimes - Təkcə bu ay Əfqanıstanda işğalçı NATO qoşunları 30, ilin əvvəlindən bu günə qədər isə 247 hərbçisini itirib


Dünən və bu gün Əfanıstanda işğalçı NATO qoşunları ilə yerli döyüşçülər arasında baş verən silahlı qarşıdurmada 5 əsgər həlak olub. Həlak olan NATO əsgərlərindən 3-ü ölkənin şərqində, 2-si isə cənubunda yol kənarına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həyatını itirib. Öldürülən NATO əsgərlərin kimliyi barədə məlumat verilmir.

Qeyd edək ki, təkcə bu ay Əfqanıstanda NATO qoşunları 30, ilin əvvəlindən bu günə qədər isə 247 hərbçisini itirib.


Story Code: 181561

News Link :
https://www.islamtimes.org/az/news/181561/5-nato-əsgəri-öldürüldü

Islam Times
  https://www.islamtimes.org