QR CodeQR Code

Misir Fələstinlə bağlı qərar qəbul etdi

24 Jul 2012 01:03

IslamTimes - Misirin yeni prezidenti Məhəmməd Mursi xarici siyasətlə bağlı özünün ilk qərarını açıqlayıb. İsrail rejimi isə şokdadır...


“Qafqazinfo”nun məlumatına görə, Misir dövləti Fələstinə tətbiq edilən bütün vizaları ləğv etdiyini açıqlayıb. Bu xəbər İsrail mediasında böyük maraqla qarşılanıb.

Beləliklə, bu qərarın qüvvəyə minməsi ilə Misir ölkəyə gələn fələstinlilərə sərbəst giriş imkanı verir və Qəzza zolağına yönələn 5 illik blokadanın bir qismi beləcə aradan qaldırılmış olur. Yeni qayda tətbiq ediləcəyi halda fələstinlilər sərbəst şəkildə Qəzzanı tərk edə biləcəklər.

Yeni qərarla bağlı rəsmi açıqlama isə hələ də verilməyib.


Story Code: 181562

News Link :
https://www.islamtimes.org/az/news/181562/misir-fələstinlə-bağlı-qərar-qəbul-etdi

Islam Times
  https://www.islamtimes.org