0
Tuesday 24 July 2012 - 05:11

ABŞ Suriyanı "kimyəvi silah" adı ilə işğal etmək istəyir

Story Code : 181605
ABŞ Suriyanı "kimyəvi silah" adı ilə işğal etmək istəyir
ABŞ Suriyanı "kimyəvi silah" adı ilə işğal etmək istəyir
FaktXeber-in "New York Times" qəzetnə istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbərliyi Suriya mövzusunda diplomatik deyil, Əsəd hökumətini məcbur devirmək planlarını müzakirə edir. Rəsmi Vaşinqton Əfqanıstan və İraqın ardınca, indi də Suriyanı işğal etməyi planlaşdırır. Suriyaya hərbi müdaxilə etmək istəyən ABŞ dövləti, bu yolda Türkiyə və İsrailin köməyindən yararlanmaq istəyir.

Qeyd edək ki, 2003-cü ildə İraqı işğal edərkən nüvə silahını bəhanə edən ABŞ dövləti, eyni ssenarini Suriya üzərində tətbiq etmək fikrindədir. Artıq neçə gündür Kütləvi İnformasiya Vasitələrində Suriya ordusunun yerli əhaliyə qarşı kimyəvi silahlardan istifadə edəcəyi ilə bağlı məlumatlar gedir. Bu məlumatlar isə Suriyaya ABŞ və müttəfiqləri tərəfindən hərbi müdaxailə etmək üçün əsas qazandırmağı hədəf alır.

Verilən məlumatlara görə, Ağ Ev rəhbərliyi Suriyanı işğal etmək üçün İsrail və Türkiyə ilə danışıqlara başlayıb. Artıq ABŞ-ın müdafiə naziri Leon Panettanın bir neçə gün ərzində İsrailə, oradan da Türkiyəyə gedəcəyi bildirilir. Səfərin əsas məqsədinin isə Suriyanı işğal edərkən tərəflərin tutacaqları mövqe olacaq. Ekspertlər İraq və Əfqanıstanda olduğu kimi Suriyada da ABŞ-ın müvəffəq olacağını düşünmür. Suriya ordusunun heç də zəyif olmaması, bundan əlavə Rusiya, Çin və İranın bu ölkəyə dəstəyi, ABŞ-ın Orta Şərqdə qələbə qazanmaq şanslarını xeyli azaldır.
Comment