0
Tuesday 24 July 2012 - 12:52

İranla altılıq arasında danışıqların yeni mərhələsi başlayır

Story Code : 181700
İranla altılıq arasında danışıqların yeni mərhələsi başlayır
İranla altılıq arasında danışıqların yeni mərhələsi başlayır
Bu gün İstanbulda İranın nüvə proqramı ilə əlaqədar danışıqların növbəti mərhələsi başlayır.

Tədbirdə Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri və Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali katibinin müavini Helqa Şmidt görüşəcək.

Qeyd edək ki, bu görüşün keçirilməsi barədə qərar Moskva danışıqları zamanı verilib.

Bundan sonra İİR-in ali dini rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali katibi Ketrin Eştonun görüşü gözlənilir. /Faktxeber/
Comment