QR CodeQR Code

İranla altılıq arasında danışıqların yeni mərhələsi başlayır

24 Jul 2012 12:52

IslamTimes - Tədbirdə Səid Cəlilinin müavini Əli Baqeri və Ketrin Eştonun müavini Helqa Şmidt görüşəcək.


Bu gün İstanbulda İranın nüvə proqramı ilə əlaqədar danışıqların növbəti mərhələsi başlayır.

Tədbirdə Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri və Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali katibinin müavini Helqa Şmidt görüşəcək.

Qeyd edək ki, bu görüşün keçirilməsi barədə qərar Moskva danışıqları zamanı verilib.

Bundan sonra İİR-in ali dini rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali katibi Ketrin Eştonun görüşü gözlənilir. /Faktxeber/


Story Code: 181700

News Link :
https://www.islamtimes.org/az/news/181700/iranla-altılıq-arasında-danışıqların-yeni-mərhələsi-başlayır

Islam Times
  https://www.islamtimes.org