QR CodeQR Code

ABŞ Suriyanın kimyəvi silahlara sahib olduğunu iddia edib

Islamtimes , 25 Jul 2012 03:47

Islamtimes - Vaşinqton rəsmisi jurnalistlərə müsahibə verərək Suriyanın kimyəvi silahlara sahib olduğunu iddia edib.


islamtimes.org/az/ - Ağ Ev sözçüsü Tommi Vietor Vaşinqtonda keçirilən mətbuat konfransı zamanı deyib: “ Biz bilirik ki, Suriyanın kimyəvi silahları Suriya hökumətinin idarəçiliyi altındadır.”

Sözçü əlavə edərək deyib: “Suriyada münaqişə artıdqca biz bu silahlar haqda daha çox narahat olmağa başlayırıq.”

Vietor həmçinin deyib ki, ABŞ bu silahlara görə Suriyanın qonşuları ilə aktiv danışıqlar aparır.

ABŞ rəsmisinin bu açıqlaması Suriyada İraq modelinin həyata keçiriləcəyindən xəbər verir.

18 iyulda New York Times məlumat verərək bildirib ki, ABŞ rəsmiləri İsrailin Suriya silah bazalarını dağıtması haqda İsrail rəsmiləri ilə danışıqlar aparıblar.
21 iyunda ABŞ qəzetlərindən birinin verdiyi məlumata əsasən bir qrup CİA rəsmiləri Türkiyənin cənubunda gizli fəaliyyət göstəririlər və bu agentlər Suriyanın daxilində olan silahlı qruplara silah ötürərək dəstək olurlar.


Story Code: 181828

News Link :
https://www.islamtimes.org/az/news/181828/abş-suriyanın-kimyəvi-silahlara-sahib-olduğunu-iddia-edib

Islam Times
  https://www.islamtimes.org