QR CodeQR Code

ABŞ və müttəfiqləri Suriya üçün yeni planlar cızırlar

İslamtimes , 25 Jul 2012 04:06

İslamtimes - İran xarici işlər nazirliyinin rəsmiləri xəbərdarlıq edərək bildiriblər ki, ABŞ və onun müttəfiqləri anti İsrail müqavimət cəbhəsini sarsıtmaq üçün Suriyaya qarşı yeni planlar cızırlar.


islamtimes.org/az/ - İranın Ərəb və Afrika işlər üzrə xarici işlər nazirinin müavini Huseyn Amir Abdullahi bazar ertəsi günü deyib ki, 2006-ci ilin yayında Livana qarşı 33 günlük müharibədə və 2008-2009-cu illərdə Qəzzaya qarşı müharibədə müvəffəqiyyətsiz olan “şeytan” koalisiyası mütləq Suriyayda da məğlubiyyətə uğrayacaq.

O həmçinin xarici hərbi müdaxilənin və Suriya hökumətinə qarşı döyüşən silahlı qrupları silahla təmin etməyin Suriya böhranını həll etməyəcəyini bildirmiş və demişdir ki, Tehran Suriya xalqını və prezident Bəşər Əsədin apardığı islahatları tam dəstəkləyir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli insan həlak olmuş və yaralanmışdır.


Story Code: 181830

News Link :
https://www.islamtimes.org/az/news/181830/abş-və-müttəfiqləri-suriya-üçün-yeni-planlar-cızırlar

Islam Times
  https://www.islamtimes.org