QR CodeQR Code

Suriyadakı münaqişədən hədəf İrandır

İslamtimes , 25 Jul 2012 04:43

İslamtimes - İraqın nüfuzlu ruhanisi Ayətullah Seyid Əli Sistaninin İrandakı nümayəndəsi Suriyadakı münaqişədən hədəfin İslam Respublikası olduğunu bildirib.


islamtimes.org/az/ - Seyid Cavad Şəhristanı bazar ertəsi günü İranın Qum şəhərində deyib: “Düşmənin bu hadisədə əsas hədəfi Suriyanın özü deyil, əslində İran və İslam cəmiyyətidir.”

Suriyada baş verən son hadisələrə və Qərb mediasının müqavimət cəbhəsini kiçiltməyə çalışdığına diqqət çəkən Şəhristani qürurla bildirib ki, Sionist rejiminin qarşısında duran yeganə dövlət məhz İrandır.

Ayətullah Sistani İraqın nüfuzlu Şiə ruhanilərindəndir və dünyanın hər bir yerindən milyonlarla müsəlman ardıcılı var.

Suriya 2011-ci ilin martından bəri münaqişə içərisindədir. Bu münaqişə nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda insan həlak olmuş və yaralanmışdır.


Story Code: 181835

News Link :
https://www.islamtimes.org/az/news/181835/suriyadakı-münaqişədən-hədəf-irandır

Islam Times
  https://www.islamtimes.org