QR CodeQR Code

Əfqanlı polislər Taliban hərəkatına qoşuldular

İslamtimes , 25 Jul 2012 05:45

İslamtimes - Talibana qoşulan polislər xidməti polis maşınlarına və Amerikaya məxsus zirehli maşınların içərisinə külli miqdarda silah sursat yükləyərək aradan çıxıblar.


islamtimes.org/az/ - Əfqanıstanın polis zabitlərindən bir neçəsi Talibanın tərəfinə keçib. Talibanın tərəfinə keçənlərdən biri Polis rəisidir. Onunla birgə 13 nəfər polis zabiti də silahlarını götürərək Talibanın tərəfinə keçiblər.

Bu hadisə İyul ayının 22-sində baş versədə mediyaya bu xəbər yenicə verilib. Talibana qoşulan polislər xidməti polis maşınlarına və Amerikaya məxsus zirehli maşınların içərisinə külli miqdarda silah sursat yükləyərək aradan çıxıblar. Hadisə Şevan kəndi ərazisində baş verib. Fərah polisinin və təhlükəsizlik əməkdaşlarının bildirdiyinə görə, yerli polis rəsisi onlara qoşulmaq istəməyən 6 nəfər polis əməkdaşını zəhərləyib. Yerli rəsmilərin bildirdiklərinə görə, bu hadisədən öncə həmən ərazidə xidmət göstərən polislər Taliban silahlı qruplaşmaların üzvlərinə gizli məlumatlar ötürürlərmiş.


Story Code: 181848

News Link :
https://www.islamtimes.org/az/news/181848/əfqanlı-polislər-taliban-hərəkatına-qoşuldular

Islam Times
  https://www.islamtimes.org