QR CodeQR Code

Əfqanıstanda 7 uşaq həlak olub

25 Jul 2012 10:10

IslamTimes - Əfqanıstanın mərkəzi Qor əyalətində mina partlaması nəticəsində 7 uşaq həlak olub. Bu barədə əyalətin rəsmi nümayəndəsi Abdul Hai Xətibi məlumat verib.


«Bir qrup uşaq Taivara mahalında mal-qara otaran zaman onlardan biri minanı tapdalayıb. Partlayış nəticəsində 7 uşaq həlak olub», deyə Xətibi bildirib. O minanın taliblər tərəfindən qoyulduğunu ehtimal etdiyini vurğulayıb.

Məlumatda həmçinin minanın əldəqayırma olduğu bildirilir.


Story Code: 181914

News Link :
https://www.islamtimes.org/az/news/181914/əfqanıstanda-7-uşaq-həlak-olub

Islam Times
  https://www.islamtimes.org