0
Wednesday 25 July 2012 - 23:13

Ərəbistanda kəşfiyyat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb

Story Code : 182145
Ərəbistanda kəşfiyyat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb
Ərəbistanda kəşfiyyat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb
Londonda çap olunan “Arabtimes” qəzetinin verdiyi məlumata görə, bir neçə gün öncə Ərəbistanın kəşfiyyat rəhbəri Muqrin bin Əbdüləziz vəzifəsindən uzaqlaşdırılaraq onun yerinə CİA-nın adamı kimi tanınan Bəndər bin Sultan gətirildi. Radikal düşüncəyə malik olan Bəndər bin Sultanın Əl-Qaidə və digər terror qruplaşmalarına birbaşa nəzarət etdiyi bildirilir. Suriyada iyul ayının 18-də törədilən və bir neçə nazirin o cümlədən bu ölkənin kəşfiyyat rəhbəri və Bəşşar Əsədin qayının terror edilməsi də bilavsitə Bəndər bin Sultanın rəhbərliyi ilə həyata keçirildiyi qeyd olunur. Qəzetin yazdığına görə Ərəbistanın vəzifəsindən uzaqlaşdırılan kəşfiyyat rəhbəri Muqrin bin Əbdüləziz sözügedən terror əməliyyatına, xüsusi ilə Bəşşar Əsədin yaxınlarından olan Suriya kəşfiyyat idarəsinin rəhbərinin aradan götürülməsinə müxalif olub. O, Suriya kimi böyük dövlətə qarşı belə bir terror aktının törədilməsini ölkəsi üçün təhlükəli olması qənaətində olub. Bütün bunlar onu göstərir ki, Suriyadakı məlum terror aktının arxasında ABŞ-ın regiondakı bir nömrəli diktator müttəfiqi tərəfindən, elə rəsmi Vaşınqtonun tapşırığı əsasında həyata keçirilib. /Faktxeber/
Comment