0
Wednesday 25 July 2012 - 23:29

Ketrin Eşton və Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub

Story Code : 182151
Ketrin Eşton - Səid Cəlili
Ketrin Eşton - Səid Cəlili
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsinin müavini Helqa Şmidt arasında aparılıb. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib ki, görüş müsbət nəticə verib: “Belə ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub. Ancaq bu görüşün telefonla olacağını, yoxsa qarşı-qarşıya əyləşib keçiriləcəyini bilmirəm”.
Comment