QR CodeQR Code

Ketrin Eşton və Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub

25 Jul 2012 23:29

IslamTimes - Dünən İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçirilib.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsinin müavini Helqa Şmidt arasında aparılıb. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib ki, görüş müsbət nəticə verib: “Belə ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub. Ancaq bu görüşün telefonla olacağını, yoxsa qarşı-qarşıya əyləşib keçiriləcəyini bilmirəm”.


Story Code: 182151

News Link :
https://www.islamtimes.org/az/news/182151/ketrin-eşton-və-səid-cəlili-arasında-görüşün-keçirilməsinə-dair-razılıq-əldə-olunub

Islam Times
  https://www.islamtimes.org