0
Wednesday 25 July 2012 - 23:55

Şeyxin saray mədhiyyəsi

Story Code : 182153
Paşazadə - Saray
Paşazadə - Saray
O, öz bəyanatında bunları söyləyib: “Son vaxtlar qonşu İranın bəzi din xadimləri tərəfindən ölkəmizin, ölkə prezidentinin ünvanına səsləndirilən fikirlər qərəzlidir və böhtandır”.
Şeyx Azərbaycan Respublikasında din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. A. Paşazadə son zamanlar İrandakı bəzi din xadimlərinin çıxışlarını, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyalarda səslənən fikirləri böhtan adlandırıb və müstəqil Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd kimi qiymətləndirib.
Maraqlıdır ki, hələ də bir çoxlarının din xadimi kimi qəbul etdiyi QMİ sədri dinə qarşı yönəlmiş siyasətin tənqidini ölkənin “daxili işlərinə müdaxiləyə cəhd” kimi dəyərləndirir. Halbuki təbiidir ki, harada olmasından, hansı ölkədə olmasından asılı olmayaraq, din və dini dəyərlər aşağılanırsa, harada yaşamasından asılı olmayaq din adamlarının, xüsusən də din alimlərinin bu kimi halları tənqid etməsi təbiidir. Bu, bütün dünyada qəbul edilən bir hadisədir. Elə QMİ-nin özü də dəfələrlə bu kimi addımlar atıb. Məsələn, ABŞ-da Quran yandırılarkən, QMİ bunu pisləyib. İndi bu, ABŞ-ın daxili işlərinə qarışmaqdırmı?
Şeyxin Azərbaycan Respublikasında din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu iddiasıyla bağlı politoloq Nadir Əhmədoğlunun fikirlərini öyrəndik. Ekspert Şeyxin iddiasının dövlət məmuruna xas qeyri-səmimi jest olduğunu bildirdi: “Şeyx hakimiyyətdə kim olmasından asılı olmayaraq, “padşahlara” müti olan bir şəxsir. Hələ Heydər Əliyev ölkə monopoliyasından A.Paşazadəyə müəyyən pay ayırıb ki, bu günədək də Şeyx o gəlirlərdən faydalanır. Söhbət milyonlarla dollardan gedir. Şübhəsiz ki, dünyaya həris olan belə bir şəxs heç vaxt haqqı söyləyib özünü bu gəlirlərdən və tutduğu vəzifədən məhrum etməz. Odur ki hələ SSRİ dövründən H.Əliyev, K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov, daha sonralar Ə.Elçibəy, yenə H.Əliyevinə məddahlıq etmiş Şeyximiz indi də İ.Əliyevə məddahlıq edir.”
Ekspertə görə, Təbriz əhalisinin Bakıda baş verənlərə reaksiyası da təbii və normal haldır: “Başqa vaxt soydaşlarımız deyirlər, onları da özümüzdən sayırlar, indi necə oldu təbrizli Bakıda dindarların təqib edilməsinə, zindanlara salınmasına etiraz etdikdə bunu “İranın Azərbaycanın daxili işlərinə qarışması” adlandırırlar? Bakıda gecə-gündüz mətbuat, çoxlu sayda təşkilatlar, partiyalar, QHT-lər İrana qarşı çıxışlar edir, İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir, separatçılığı aşılayır, bunu İranın daxili işlərinə müdaxilə kimi qəbul etmirlər, amma təbrizlinin Azərbaycan dindarının səsinə səs verməsini top atəşinə tuturlar?”
N.Əhmədoğlu hesab edir ki, Şeyx həqiqəti gözəl anlayır, sadəcə mövcud şərait və onun şəxsi keyfiyyətləri onun bu həqiqətləri danmasıyla nəticələnir: “Uzun illərdir ölkədə din sahəsinə dövlət səviyyəsində nəzarət edən bir qurumun rəhbəri kimi, A.Paşazadə gözəl bilir ki, Azərbaycan Respublikasında din-dövlət münasibətləri nəinki yüksək səviyyədə deyil, hətta ən bərbad vəziyyətdədir. O ölkədə ki, məscidlər sökülür, neçə məscid və mədrəsələrin qapısı qıfıllı qalıb, azan qadağan edilir, dini verilişlər qapadılır, hicablı xanımlar şəxsiyyət vəsiqəsi, pasport ala bilmir, hicablı şagirdlər məktəbə buraxılmır, buna qarşı etiraz edən dindarlar zindanlara atılır, şərlənir, təqib olunur, o ölkədə ki DİN və MTN məscidlərə gedən adi dindarların, namazqılanların siyahısını tutur, deməli bu ölkə hakimiyyəti dinə düşmən münasibəti bəsləyir. Buna başqa nə adı vermək olar?”.
Ekspert sonda təəssüfləndiyini bildirir ki, 20 ildən artıqdır Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etməsinə baxmayaraq, hələ də QMİ-yə SSRİ Dövlət Təhlükəsizlik İdarəsilə - “KGB” ilə əməkdaşlıq etmiş, deyilənə görə həm də polkovnik rütbəsi daşıyan bir şəxs rəhbərlik edir.
/HaqqYolu/
Comment