0
Thursday 26 July 2012 - 04:40

Ramazan ayında oruc tutan məşhur futbolçular

Story Code : 182176
Ramazan ayında oruc tutan məşhur futbolçular
Ramazan ayında oruc tutan məşhur futbolçular
Müxtəlif peşə sahibəri kimi futbolçular da oruc tutur. Doğrudur, futbol oynamaq üçün fiziki gücə ehtiyac olduğunu, oruc tutmaqla futbol oynamağın mükün olmadığını deyənlər olsa da, bir çox futbolçular oyun günləri də daxil olmaqla, Ramazan ayı boyunca oruc tuturlar. "Deyerler.org" bu yazıda dünyanın hansı məşhur futbolçularını oruc tutduğunu araşdırmağa çalışıb.

Onu qeyd etmək lazımdır ki, araşdırma zamanı istifadə edilən mənbələrin bəzisi tam güvənilən olmadığından, informasiyanın yalnışlığı da mümkün ola bilər. Amma siyahıda adı çəkilən bir çox futbolçuların həyatı və İslamla bağlılığı haqqındakı məlumatlar, həmçinin özlərinin müsahibələri bu məlumatların doğru olduğunu göstərir.

Siyahıda dünynın ən məşhur klublarından çıxış edən futbolçular yer alıb. Qeyd edək ki, bu komandaların arasında İspaniyanın "Barselona" və "Real Madrid", İngiltərənin "Arsenal", "Çelsi" və "Mançester Siti", İtaliyanın "Yuventus", Almaniyanın "Bavariya" və "Hamburq" kimi klubların da adları var.

Ramazan ayında oruc tutan məşhur futbolçular:


1. Frederik Kanut, "Sevilya" (İspaniya).

2. Nikolas Anelka, "Çelsi" (İngiltərə)

3. Frank Riberi, "Bavariya" (Almaniya)

4. Robin Van Persi, "Arsenal" (İngiltərə)

5. Yaya Ture, "Mançester Siti" (İngiltərə)

6. Kolo Ture, "Mançester Siti" (İngiltərə)

7. Salomon Kalu, "Çelsi" (İngiltərə)

8. Muhammed Sissoko, "Yuventus" (İtaliya)

9. Karim Benzema, "Real Madrid" (İspaniya)

10. Emmanuel Ebue, "Arsenal" (İngiltərə)

11. Erik Abidal, "Barselona" (İspaniya)

12. Samir Nasri, "Arsenal" (İngiltərə)

13. Xalid Bolaxruz, "Ştutqart" (Almaniya)

14. Nabil El Zar, "PAOK" (Yunanıstan)

15. Ahmed Mido, "Tottenhem" (İngiltərə)

16. Nihat Kahveci, "Beşiktaş" (Türkiyə)

17. Əmr Zəki, "Zamalek" (Misir)

18. Hamid Altıntop, "Real Madrid" (İspaniya)

19. Hatem Ben Afra, "Nyukasl" (İngiltərə)

20. Mahamadou Diarra, "Monako" (Fransa)

21. Anis Ben Hatira, "Hamburq" (Almaniya)

22. Məsut Özil, "Real Madrid" (İspaniya)

23. Taslim Pauls, "Santos" (Braziliya)

Oyunçuların top qovduğu komandalar 2011-ci ildəki komandalarıdır.

Hazırladı: Rza KAMİL
Comment