QR CodeQR Code

Türkiyənin Suriya ilə sərhədləri Əl-Qaidənin nəzarətində

26 Jul 2012 10:53

IslamTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriya ilə sərhədlərini bağlamasına münasibət bildirib.


APA-nın Moskva müxbirinin xəbərinə görə, kiprli həmkarı Eratu Kozaku ilə birlikdə keçirdiyi mətbuat konframsında çıxış edən Sergey Lavrov Tükiyə ilə Suriyanın sərhəd məntəqələrinin “Əl-Qaidə”yə bağlı qrup tərəfindən ələ keçirildiyi ilə bağlı bəzi mıəlumatların olduğunu söyləyib: “Suriyanın İraq və Türkiyə ilə sərhəd məntəqələrinin Suriya müxalifəti tərəfindən ələ keçirilməsi ilə bağlı yayılan məlumatlar araşdırırlır”.
S. Lavrov bu məlumatları diqqətlə araşdırdıqlarını söyləyib: “Türkiyə ilə sərhəddə türk mal və mülklərinə basqınla bağlı faktlar da var. Bəzi məlumatlara görə, sərhəd məntəqələri Azad Suriya Ordusundan başqa, birbaşa “Əl-Qaidə”yə bağlı qruplar tərəfindən ələ keçirilib”.
Nazirin sözlərinə görə, terrorçuların bölgəni işğal etməsinə bəzi ölkələr də dəstək verir: “Rəsmi Moskva bunu bilmək istəyir: Bu ölkələrin məqsədi nədir?” Onların Suriya konfliktinin həllində əsl mövqeyi nədən ibarətdir?!” /HaqqYolu/


Story Code: 182279

News Link :
https://www.islamtimes.org/az/news/182279/türkiyənin-suriya-ilə-sərhədləri-əl-qaidənin-nəzarətində

Islam Times
  https://www.islamtimes.org