QR CodeQR Code

Toni Bleyr Beynəlxalq Cinayət Məhkəməsinə çıxa bilər

İslamtimes , 26 Jul 2012 16:06

İslamtimes - Bir qrup Britaniya sülh təşkilatının üzvləri Londonda İngiltərənin sabiq baş naziri Toni Bleyrə qarşı etiraz nümyaişləri keçirmiş və onu İraqda törətdiyi cinayətlərə görə “hərbi cinayətkar” adlandırmışdılar.


islamtimes.org/az/ - Bleyr Londonun mərkəzində yerləşən Vestminstirin mərkəzi zalında icitmai həyatda din mövzusunda keçirilən forumda iştirak etmək üçün gəldiyi zaman əhali tərəfindən səsləndirilən “Toni Bleyr terrorsit” şüarları ilə qarşılanıb.

Müharibəyə Yox Koalisiyasının təşkil etdiyi etiraz aksiyasında etirazçılar Bleyrin Beynəlxlaq Cinayət Məhkəmisində hərbi cinayətlərə görə cavab verməli olduğunu bildirib.

Qrupun təşkilatçısı Kris Nineham deyib: “Biz inanırıq ki, bizi aldadaraq İraqa müharibəyə aparan, milyonlarla İraqlını qətlə yetirən və yüzlərlə Britaniya əsgərinin ölümünə və ölkəni bir neçə on il geri salan şəxs mütləq hərbi məhkəmə qarşısında cavab verməlidir.”

Müharibəyə Yox təşkilatının rəhbəri Con Ris deyib ki, Bleyrin ictimaiyyətdə yenidən görünməsi onun ictimai həyata geri qayıtması kimi dəyərləndirilməlidir.


Story Code: 182388

News Link :
https://www.islamtimes.org/az/news/182388/toni-bleyr-beynəlxalq-cinayət-məhkəməsinə-çıxa-bilər

Islam Times
  https://www.islamtimes.org