0
Friday 27 July 2012 - 11:20

Rusiyadan Rüstəm İbrahimbəyova dəstək

Story Code : 182505
Rusiyadan Rüstəm İbrahimbəyova dəstək
Rusiyadan Rüstəm İbrahimbəyova dəstək
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Söyün Sadıqov R.İbrahimbəyov ətrafında yaranan polemikadan kənarda qala bilməyəcəyini deyib. “AZERROS”un prezidenti bunu ilk olaraq R.İbrahimbəyovu şəxsən tanıması və ona hörməti ilə izah edib: “O, Rusiya azərbaycanlılarının federal milli-mədəni avtonomiyasının yaradılmasında başda duranlardan olub və hələ də “AzerRos” FNKA federal şurasının üzvüdür. Mən ona bizim təşkilata göstərdiyi dəstəyə görə minnətdaram. O doğrudan da ümumdünya miqyaslı insandır, mən onu hərtərəfli istedad, prinsipiallıq və dürüstlüyünə görə dəyərləndirirəm. Biz növbəti dəfə bunları onun cəsarətli məqaləsində gördük. Hər kəs bu cür açıq danışa bilməz. Bir çoxları belə sözləri ancaq mətbəxdə qeybət edə, yaxud öz çevrəsində gizlincə danışa bilərlər”.
Qeyd edək ki, söhbət Rüstəm İbrahimbəyovun “Əcəl zəngi” məqaləsindən gedir.
“AzerRos”un rəsmi saytına müsahibə verən S. Sadıqov bildirib ki, Azərbaycanın məmur elitası özünə, öz cəzasızlığına, qüsursuzluğuna o qədər əmindir ki, bütün dünyada hörmət edilən mədəniyyət xadimi, Azərbaycanı məşhurlaşdıran insanın ünvanına qarşısı alınmaz ittihamlar axınına yol verirlər: “Onlar cavab olaraq heç bir şey deyə bilmirlər, sadəcə onu yaralamaq, alçaltmaq və təhqir etmək kimi xırda arzularını reallaşdırmaqdan başqa. Onlar bütün bunları fikirlərini heç vaxt dəyərləndirmədikləri və heç vaxt dinləmədikləri xalqın adından deyirlər. Bizim xalq üçün isə, bunu əksəriyyət təsdiqləyə bilər, Rüstəm İbrahimbəyov, onların vicdanı və səsidir. Hətta belə bir müqayisədən çəkinmirəm: o, Azərbaycanın Şekspridir....
Məmurlarımızın yaddaşını təzələyərək xatırlatmaq istəyirəm ki, Rusiyada Heydər Əliyevin təşəbbüsü ilə Ümumrusiya azərbaycanlıları konqresi yaradıldı. Rüstəm İbrahimbəyovun nüfuzu və dəstəyinə ehtiyac oldu. O zaman mənə müraciət etdi ki, mən bu təşkilatın yaradılması ideyasını dəstəkləyim və mən onu dəstəklədim. Beləcə hörmət etdiyim bir insan mənə müraciət etdi. Mən İbrahimbəyovun Rusiyada, eləcə də dünyanın digər ölkələrində öz həmyerliləri üzərində sahib olduğu təsirin çox kiçik bir nümunəsini göstərdim”. /Musavat/
Comment