0
Friday 27 July 2012 - 11:57

İran daha bir nailiyyət ardınca

Story Code : 182507
İran daha bir nailiyyət ardınca
İran daha bir nailiyyət ardınca
“İran yaxın günlərdə hədəfi dəqiq vuran raketlərin istehsalına başlayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib. Onun sözlərinə görə, yeni nəsil “Hovercraft”lar da yaxında İran Hərbi-Dəniz Qüvvələrinə təslim ediləcək. Ə. Vahidi əlavə edib ki, İranın Suriyada hərbi qüvvəsi yoxdur: “Qərb ölkələrinin bəzi mətbuat orqanları İranın Suriyada hərbçilərinin olması ilə bağlı məlumatlar verir. Bu addım Suriyadakı böhrana səbəb olan bəzi dövlətlərin öz çirkin hərəkətlərini ört-basdır etmək məqsədi güdür. Bu gün Suriya ordusu terrorçularla təkbaşına mübarizə aparmaq gücündədir. İran isə yalnız Suriyada səfirlik saxlayır və digər ölkələrdə olduğu kimi orada da qanuni şəkildə fəaliyyət göstərir”.
Comment