0
Friday 27 July 2012 - 14:31

Ərdoğan Suriya rejimini yenidən hədələdi

Story Code : 182557
Ərdoğan Suriya rejimini yenidən hədələdi
Ərdoğan Suriya rejimini yenidən hədələdi
Islam times.org/az/ - Türkiyənin baş naziri Rəcəb Ərdoğan yenidən Suriya rejimini hədələdi. Bu dəfə daha sərt . Ərdoğan Suriya ərazilərini bombalayacağını bildirib. Onun bu hiddətinə səbəb isə, Suriya rejiminin bir neçə əyaləti PKK-çı kürdlərə təhvil verməsidir. Jurnalistlərin "Cənab Ərdoğan bəs sizin bundan sonrakı bu məsələyə reaksiyanız necə olacaq" sualına Ərdoğan belə cavab verib: " İndiyə qədər İraqda nə etmişiksə bundan sonrada belə edəcəyik".

Qeyd edək ki, İraqin kürdlər məskənləşdiyi ərazilər Türkiyə qırıcıları tərəfindən hücumlara məruz qalır. Çünki PKK-terror təşkilatının gizli yerləri elə məhz o tərəflərdədir. Ərdoğanın bu sözlərindən sonra Suriya müxalifətinin Kürd mənşəli üzvü Ubed Musa bildirib ki, "əgər Türkiyə silahla lazımı dastəyi bizə göstərsə o zaman biz nəinki Əsəd rejimi ilə elə PKK-çılarlada mübarizə apara bilərik". Musa onu da bildirib ki, "biz kifayət qədər PKK-çıların hansı ərazilərdə məskunlaşdıqlarını yaxşı bilirik və onlara bələdik. Yetər ki, Türkiyə rəsmi şəkildə bizə dəstək olsun"

Qeyd edək ki, PKK-terror təşkilatı artıq 30 ildir ki, müstəqil Kürd dövlətinı İran, İraq, Suriya və Türkiyə ərazilərində yaratmaq üçün döyüşlər aparırlar. Kürdər arasında Suriya ya Türkiyə onlar üçün daha qorxulu dövlətlərdir kimi fikir birlikləri mövcud deyildir. Ona görə Suriya münaqişəsində Kürd rəsmiləri neytral mövqe nümayiş etdirirdilər.
Source : Islamtimes
Comment