QR CodeQR Code

Alman kəşfiyyatı: Suriyadakı terror aktlarının arxasında əl Qaidə durur

İslamtimes , 27 Jul 2012 15:37

İslamtimes - Alman Federal Kəşfiyyat İdarəsi bəyanat yayaraq bildirib ki, Houla qırğını da daxil olmaqla Suriyada baş verən terror hücumlarının arxasında əl Qaidə durur.


islamtimes.org/az/ - Almaniyanın gündəlik nəşr edilən “Die Frankfurt” qəzetinin Kəşfiyyat İdarəsinə istinadən verdiyi məlumatda bildirilir ki, dekabr və iyul ayları arasında Suriyada baş verən terror aktlarının 90%-nin arxasında əl Qaidə durur.

Bu açıqlama millət vəkillərinin suallarına cavab olaraq Alman Hökuməti tərəfindən ictimaiyyətə çatdırılmışdır.

Alman hökuməti həmçinin təsdiq edərək bildirib ki, onlar Federal Kəşfiyyat İdarəsindən əldə etdikləri məlumata görə qadın və uşaqlar da daxil olmaqla 108 nəfərin həlak olduğu Haula qırğınını da məhz əl Qaidə terror şəbəkəsi həyata keçirib.


Story Code: 182583

News Link :
https://www.islamtimes.org/az/news/182583/alman-kəşfiyyatı-suriyadakı-terror-aktlarının-arxasında-əl-qaidə-durur

Islam Times
  https://www.islamtimes.org