QR CodeQR Code

Usta Abbas ya general Abbas !

İslamtimes , 27 Jul 2012 18:10

İslamtimes - “Atacan! Bilirsən o kim idi? O, general Abbas Babayi, hava hücumu əməliyyatlarının komandiri idi”.


islamtimes.org/az/ - Şəhid Babayinin “qırx” mərasimində izdihamın içində İsfahanın Ziyar kəndindən olan orta yaşlı bir kişi şiddətlə ağlayırdı. Əsgər o kişidən şəhidlə olan münasibətini soruşduqda o şəxs deyir: “O bütün həyatımız idi. Hər nəyimiz var hamısı ondandır”.
O şəxs şəhid Babayi ilə tanışlığını belə bəyan edir: “Şəhid Babayi Ziyar kəndinə gələn zaman kənd əhalisi hər cəhətli çətinlikdə idilər. Onun əynində “bəsici” forması olduğundan heç kəs onu tanımır.


Şəhid Babayi kənd sakinləri üçün hamam, mədrəsə və qüslxana düzəldir. Camaatın müxtəlif problemlərini həll edir. Camaat onu sevməyə başlayır və hər zaman o kəndə gələndə sevinclə “Usta Abbas gəldi” deyə səslənirlər.
Bir müddətdən sonra isə ondan xəbər gəlmir.

Kənd sakinlərindən biri şəhərə yollanır. Şəhid Babayinin şəkillərini divarlarda görür. Maraqlanandan sonra şəhid Babayinin hava hücumlarından müdafiə korpusunda hərbi xidmətdə olduğu məlum olur. Ordakı hərbçilərə şəhid Babayinin onun və kənd sakinlərinin dostu olduğunu bildirir. Hərbçilər deyirlər: “Atacan! Bilirsən o kim idi? O, general Abbas Babayi, hava hücumu əməliyyatlarının komandiri idi”.

O şəxs deyirdi: “Lakin o daim bizim kəndimizə gələr, bizim işlərimizə yaxından kömək edərdi. Şəhid Babayi tanınmaz gəldi, tanınmaz da getdi”.

İSLAMTİMES - SEYYİD ƏLİ


Story Code: 182637

News Link :
https://www.islamtimes.org/az/news/182637/usta-abbas-ya-general

Islam Times
  https://www.islamtimes.org