0
Saturday 28 July 2012 - 04:42

Amerikalılar işləmək üçün xaricə gedir

Story Code : 182739
Amerikalılar işləmək üçün xaricə gedir
Amerikalılar işləmək üçün xaricə gedir
Bir vaxtlar dünyanın bir çox yerindən işləmək üçün qonaq qəbul edən Amerikada, indi küləklər tərsinə əsməyə başlayıb. 2008-ci ildə baş verən maliyyə böhranından sonra ölkədə işsizlərin sayında xeyli artım müşahidə olunub. Maralısı isə budur ki, ABŞ-da işsizlərin sayı artıqca ölkədən kənarda iş axtaranların da sayı durmadan artır. FaktXeber.com-un verdiyi məlumata görə, "American Wave" şirkəti tərəfindən açıqlanan hesabatda, xaricə getmək istəyən 25-34 yaş arasındakı amerikalıların sayının son 2 ildə 5 dəfə artdığı göstərilib.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi, amerikalıların 6 faizdən çoxunun xaricə işləməyə və oxumağa getdiyini açıqlayıb. Bu faiz nisbəti isə Amerika tarixinin ən yüksək rəqəmi hesab olunur. Digər tərəfdən gənc və parlaq beyinlər də işləmək üçün ABŞ əvəzinə artıq iqtisadiyyatı yüksələn Brazilya, Çin, Rusiya və Latın Amerikanı seçməyə başlayıb. Gənc amerikalılar arasında da xaricdə yaşamaq və işləmək istəyənlərin sayı günü-gündən artır. Araşdırmalara görə, ABŞ-da 18-24 yaşlı gənclərin 40 faizi ölkədən xaricdə işləmək istəyir, bu nisbət isə 2009-cu illə müqayisədə 15 faiz artımın müşahidə olduğunu göstərir. /FaktXeber/
Comment