0
Saturday 28 July 2012 - 04:48

Rusiya dənizlərə hökm edəcək

Story Code : 182741
Rusiya dənizlərə hökm edəcək
Rusiya dənizlərə hökm edəcək
Kreml hərbi dəniz donanmalarının sayının artırılması ilə bağlı işlərə başlayıb.

Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov Moskvanın Suriyadakı Tartus limanını mühafizə etməsilə yanaşı Kuba, Seyşel adaları və Vyetnamda 3 hərbi dəniz bazası qurmaq üçün fəaliyyətə başladığını deyib.

Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın dənizlərdə hərbi gücünü artırmaq planları haqqında məlumat verən Çirkov “SSRi zamanında bizim xarici ölkələrdə yalnız iki hərbi bazamız var idi. Biri Suriyadakı Tartus limanı, digəri isə Vyetnamdakı Kamran hərbi dəniz bazası. İndi yeni hədəfimiz yenidən Vyetnama qayıtmaq və bazaların sayını 4-ə qaldırmaqdır. Bundan başqa Hind okeanındakı Seyşel adalarında və Atlantik okeanında Kubada yeni dəniz bazası qurmağı planlaşdırırıq” deyib.

Qeyd edək ki, Rusiya bir müddət əvvəl ordunun modernləşdirilməsi ilə bağlı 2020-ci ilə qədər 200 milyard dollar xərcləməyi planlaşdırır. /Publika.az/
Comment