0
Saturday 28 July 2012 - 12:12

Bakıda bomba xofu

Story Code : 182862
Bakıda bomba xofu
Bakıda bomba xofu
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar.
Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.
Comment