QR CodeQR Code

Suriya silahlıları ağır təlafatlar verib

28 Jul 2012 18:46

IslamTimes - Hələb şəhərinin silahlılardan təmizlənmə prosesi zamanı Seyfud-Dovlə məntəqəsində çox sayda silahlı zərərsizləşdirilib


“IslamTimes” “Əl-aləm” telekanalına istinadən xəbər verir ki, Həməs şəhərinin Ər-Restan və Tələkləx məntəqəsində silahlı müxaliflər ciddi təlafat verib.

Əldə olunan məlumatlara əsasən, Dəməşq yaxınlığında yerləşən Darya məntəqəsində də silahlıların təqibi davam edir.

“Əl-aləm” telekanalı əlavə olaraq Suriya ordusunun Hələb şəhərindəki Furqan məntəqəsində iki silahlını qətlə yetirərək, daha üç silahlını həbs etdiyini xəbər verib. Həcərül-Əsvəd məntəqəsinin də silahlılardan təmizləndiyi bildirilir.

KİV-lərinin verdiyi məlumata əsasən, Suriya paytaxtında sabitlik bərqərar olduqdan sonra terroristlərin şəhərdə hər hansı bir fəaliyyəti müşahidə edilməyib.


Story Code: 182951

News Link :
https://www.islamtimes.org/az/news/182951/suriya-silahlıları-ağır-təlafatlar-verib

Islam Times
  https://www.islamtimes.org