QR CodeQR Code

Yenə bayraq!...

29 Jul 2012 00:27

IslamTimes - Ermənistanın “Armeniatoday” saytının Rusiyanın “Sovetskiy sport” qəzetinə istinadən verdiyi məlumata görə Olimpiyada kəndində Azərbaycan bayrağı yığışdırılıb.


Məlumatda bayrağın nədən yığışdırıldığının məlum olmadığı göstərilib.
Hazırda 2012-ci il Olimpiya Oyunları ilə əlaqədar Londonda olan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az saytına açıqlamasında məsələnin necə baş verdiyini izah edib. Onun Londonda olan Azərbaycanın rəsmi nümayəndəliyindən aldığı məlumata görə, Olimpiya kəndində bayrağın aşağı salınması onun uzun tikilməsi və gecə əsən küləklə əlaqədar olub.
“Rusiya və Ermənistan KİV-inin verdiyi məlumat tamamilə yanlışdır. Mən Olimpiya kəndində nümayəndə heyətimizlə danışdım, məsələ tamamilə başqadır. Bizim bayrağımız ölçüdən uzun tikilib və həmin gecə Londonda güclü külək əsirdi. Uzun olduğuna görə İran bayrağına dəyirdi. Nümayəndə heyətimiz ehtiyatı əldən verməmək üçün bayrağı yığışdırmışdı, amma səhər yenidən asılmalı idi”, – deyə S. Məmmədova bildirib.
Sonda “hər dövlətin bayrağı onun üçün ayrılmış ərazidə asılıb. Heç kimin ixtiyarı yoxdur ki, onları yığışdırsın”, – deyə Səmayə Məmmədova qeyd edib.

Aytən Əliyeva /Modern/


Story Code: 183031

News Link :
https://www.islamtimes.org/az/news/183031/yenə-bayraq

Islam Times
  https://www.islamtimes.org