QR CodeQR Code

Nüvə müzakirələri davam etdirəcək”

29 Jul 2012 12:26

IslamTimes - Əli Əkbər Vilayəti: “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək”


“İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək”.Bu fikirləri ali dini lider, ayətullah Seyyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib. Onun sözlərinə görə, İranın mövqeyi prinsipial və məntiqlidir: “İyulun 24-də İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində də bu mövqe nümayiş etdirildi. Biz müzakirələri müsbət və konstruktiv nəticə əldə olunanadək davam etdirəcəyik. Hər halda İran sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqına sahib olmalıdır. Bu haqq “altılıq” ölkələri tərəfindən də rəsmi olaraq tanınmalıdır”.


Story Code: 183157

News Link :
https://www.islamtimes.org/az/news/183157/nüvə-müzakirələri-davam-etdirəcək

Islam Times
  https://www.islamtimes.org