0
Sunday 29 July 2012 - 12:57

Əsəddən Ərdoğana ağır cavab?

Story Code : 183173
Əsəddən Ərdoğana ağır cavab?
Əsəddən Ərdoğana ağır cavab?
Modern.az saytının yazdığına görə, Suriyada son günlər baş verən qanlı hadisələrdən sonra prezident Bəşər Əsəd onun daxili işlərinə müdaxilə edən Ərdoğana ağır cavab verib. Belə ki, Türkiyəyə qarşı PKK terrorçularına dəstək verəcəyini bildirib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd Türkiyə ilə sərhəd bölgələrdə, Şanlı Urfa Suruc, Mardin Nusaybin və Hataya yaxın Qamışlı, İdlip ve Ayn Al Arab (Kobane) bölgələrində terrorçu qruplaşmalara düşərgə salmaq üçün icazə verib.
Əsəd həmçinin PKK-a müraciət edərək onlara istənilən qədər maddi dəstək verəcəyini açıqlayıb.
Qeyd edək ki, atası Hafiz Əsədin ölümündən sonra dağıdılan terrorçu düşərgələri Bəşər Əsədin icazəsi ilə 13 ildən sonra yenidən bərpa edilib. Sərhəddə mindən çox terorçunun olduğu bildirilir.
Comment