0
Sunday 29 July 2012 - 13:33

Şeyx Nəmirin vəziyyəti getdikcə ağırlaşır

Story Code : 183179
Şeyx Nəmirin vəziyyəti getdikcə ağırlaşır
Şeyx Nəmirin vəziyyəti getdikcə ağırlaşır
"Əl Aləm" telekanalının verdiyi xəbərə görə, Ali-Səud rejimi Ayətullah Şeyx Nəmirin Əddəmam hərbi xəstəxanasından Ərriyadda yerləşən təhlükəsizlik xəstəxanasına köçürülməsinə göstəriş verib.

Lakin şeyx Nəmirin səhhəti haqqında heç bir məlumat verilməyib. Yaxınları bildirir ki, Ayətullah Baqir Nəmirin səhhəti o qədər ağırlaşıb ki, onu hərbi xəstəxanada saxlamağa qorxublar.

Şeyx Nəmirin qardaşı xəbəri təsdiq edib: “Ayətullah Nəmirin köçürülməsi xəbəri rəsmi dairələr tərəfindən bizə bildirilib”.
Xatırladaq ki, Ayətullah Şeyx Nəmir iki həftə öncə öz əkin sahəsindən evinə döndüyü zaman Ərəbistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən atəşə məruz qalaraq ayaq nahiyəsindən ağır yaralanaraq təcridxanaya köçürülmüşdü. Şeyxin sürücüsü isə atəş zamanı dünyasını dəyişib. /SəhərTV/
Comment