0
Sunday 29 July 2012 - 16:07

CIA Suriya müxaliflərinin silahlandırılmasına nəzarət edir

Story Code : 183246
CIA Suriya müxaliflərinin silahlandırılmasına nəzarət edir
CIA Suriya müxaliflərinin silahlandırılmasına nəzarət edir
"IslamTimes" Rusiyanın "Reportyor" jurnalına istinadən xəbər verir ki, Suriyadakı müxalif silahlılar arasında olan nizam-intizam Suriya ordusunun əsil düşməninin kimliyini və onların istifadəsində olan avadanlığın səviyyəsini müəyyən edir.

"Reportyor" jurnalında dərc olunmuş araşdırmada oxuyuruq: "Silahlı müxaliflərin Suriya ordusu ilə döyüşlərdə sərgilədiyi məharət bu döyüşçülərin sıradan insanlar olduğu iddiasını alt-üst edir. Belə ki, dünənədək tacir, fəhlə və ya hərbi xidmətdən yayınmış şəxslər siyahısına daxil olan müxaliflərin döyüşlərdəki professionallığı ağıla sığan bir faklt deyil."

Jurnal təkidlə bildirir: "Heç şübhəsiz ki, Suriyada ordu ilə vuruşanlar xaricdən göndərilmiş professional hərbiçilərdir. Rəsmi Bağdad da Əl-Qaidənin Suriyaya köçürüldüyü haqda xəbər vermişdi.

ABŞ da açıq şəkildə bildirmişdi ki, müxalifləri müasir telekommunikasiya avadanlıqları ilə təmin edəcək.

Jurnal uyğun avadanlıqların Suriya müxaliflərinə göndərilmiş təchizatların kiçik bir qismi olduğunu bildirir. CIA Suriya dövləti müxaliflərinin hər birini silahla təmin etməyi qarşısına qoyub.
Comment